Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun “Everton” - “Mançester Siti” matçında hər iki komanda Ukraynaya möhtəşəm dəstək nümayiş etdirib.
Corner.az xəbər verir ki, sözügedən klublar Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləyiblər.
“Everton" futbolçularının meydana çıxarkən əyinlərində Ukrayna bayrağı olubsa, "Mançester Siti"nin oyunçularının formalarında "sarı-göy" bayraq olub. Ukrayna simvolu tribunalardakı bir çox azarkeşdə də olub və azarkeşlər tərəfindən bununla bağlı müxtəlif bannerlər də açılıb.
"Everton" və "Mançester Siti"nin ukraynalı futbolçuları Vitali Mikolenko ilə Aleksandr Zinçenço ehtiyat oyunçular skamyasında qalıb. Lakin onlar görüşdən öncə məşq zamanı göz yaşlarına hakim ola bilməyiblər və qucaqlaşıblar.
Sözügedən qarşılaşma "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb - 1:0.