- Xəbər news
- 22:34 14.11.2024
Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Türkiyənin İqdır şəhərində Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun və İqdır Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləəmə Dərnəyinin birgə təşkilatçılığı ilə Anım tədbiri keçirilmişdir.
Corner.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qaçqınlar
Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də tədbirdə
iştirak və çıxış etmişdir.
İqdır Mədəniyyət Evində keçirilən tədbir
şəhidlərimizin xatirəsinə sayğı duruşu və Türkiyə və Azərbaycanın Dövlət
himnlərinin oxunması ilə başlanmışdır.
Daha sonra Xocalı faciəsi ilə bağlı kadrlar nümayiş
etdirilmiş və Azerbaycan sənətçisi Şirzad Pirallah “Xocalıya İttiham” şerini
səsləndirmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Qars şəhərində
Baş Konsulu Nuru Quliyev Xocalı soyqırımının təkcə Azərbaycana yox, bütün Türk
dünyasına və insanlığa qarşı törədilmiş soyqırımı aktı olduğunu bildirmişdir.
Baş Konsul
Nuru Quliyev: “Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmadı və 44 günlük
Vətən Müharibəsində Xocalı şəhidlərinin qisasının layiqincə aldı. Lakin təəssüf
ki, 30 il əvvəl bu soyqırım modern dünyanın, dünyaya demokratiya dərsi verənlərin
gözü önünde baş verdi və dünya uzun illər
bu soyqırımına layiqi qiymətini verib, Ermənistanı cəzalandırmadı”, –
deyə bildirdi.
İqdır Azərbaycan
Dil, Tarix ve Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin başqanı
Ziya Zakir Acar da Xocalı soyqırımı ilə bağlı faktlara diqqət çəkərək, “Xocalı Soyqırımı
insanlığa qarşı işlənmiş böyük bir suçdur”, – deyə fikrini yekunlaşdırdı.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərli çıxışında ermənilərin öz
havadarlarından dəstək alaraq son iki yüz ildə Azərbaycanda və Türkiyədə
türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımlara diqqəti çəkdi və
bütün bunlara görə ermənilərin, Ermənistan dövlətinin bundan sonar da cavab
verməli olduğunu bildirdi.
Deputat
Əziz Ələkbərli: “Biz ərazilərimizin 30 illik işğalına son qoyduq, lakin tarixi
torpaqlarımız olan Qərbi Zəngəzur, Göyçə, İrəvan və digər Qərbi Azərbaycan
ərazilərimiz hələ də ermənilərin işğalı altındadır və bu işğal sona çatanadək,
insanlarımız öz dədə-baba ocaqlarına qayıdanadək mübarizəmiz davam edəcək. Biz
bu mübarizədə xalqımızın birliyinə, ordumuzun qəhrəmanlığına və Ali Baş
Komandanımızın siyasi iradəsinə arxalanırıq. Eyni zamanda qardaş Türkiyə
xalqının və qardaş Türkiyə dövlətinin siyasi və mənəvi dəstəyinə güvənirik”, –
deyə bildirdi.
Tədbirdə Türkiyənin müxtəlif universitetlərindən dəvət olunmuş alimlər – dr. Cavid Mövsümlü, dos. dr. Yaşar Kop, dos. dr. Arzu Abdulyev, Arslantürk Akyıldız və b. da çıxış etdilər.