27 noyabr 2024. Çərşənbə

Şaxtyor'un baş məşqçisi Ukraynanı tərk etmək istəmir


Şaxtyor'un baş məşqçisi Ukraynanı tərk etmək istəmir
Donetsk “Şaxtyor”unun baş məşqçisi Roberto De Zerbi Ukraynadan ayrılmaq istəməyib. Corner.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bütün əcnəbi futbolçular evakuasiya edilənədək ölkədən ayrılmamaq qərarına gəlib.
 
Əksəriyyəti braziliyalı olan legionerlərin çoxu artıq Ukraynadan təxliyə olunub. Bununla belə, bir neçə italyalı futbolçunun hazırda paytaxt Kiyevdə olduğu bildirilib. De Zerbinin ölkəni tərk etmək imkanı olsa da, italiyalı mütəxəssis  futbolçulara görə bundan imtina edib.
 
Ukrayna Premyer Liqası Rusiyanın hərbi təcavüzü ilə əlaqədar dayandırılıb. Buna görə də əcnəbi futbolçular və baş məşqçilərin əksəri Ukraynanı tərk etməyə qərar veriblər. Daha öncə Kiyev “Dinamo”sunun rumıniyalı baş məşqçisi Mirça Luçesku da Ukraynanı tərk etməyəcəyini bəyan etmişdi.






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir