7 dekabr 2025. Bazar günü

Dadaşov'lu Tondela səfərdə uduzdu


Dadaşov'lu Tondela səfərdə uduzdu
 Portuqaliya çempionatında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Famalikan”ın qonağı olub. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 1:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
 
“Tondela” 24 turdan sonra 20 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.






Xəbər news