İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Aleksandr Zinçenko Azərbaycanla bağlı paylaşım edib. Corner.az xəbər verir ki, 25 yaşlı ukraynalı yarımmüdafiəçi “İnstagram” hesabında Bakıda ölkəsinə dəstək məqsədiylə keçirilən aksiyanın fotosunu paylaşaraq Azərbaycana təşəkkür edib.
Dünən Ukraynanın Bakıdakı səfirliyinin qarşısında bu ölkəyə dəstək aksiyası keçirilib.
Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu dünyada böyük narazılığa səbəb olub.