25 oktyabr 2024. Cümə

Avtomobil qəzası keçirən Riberi xəstəxanaya yerləşdirildi


Avtomobil qəzası keçirən Riberi xəstəxanaya yerləşdirildi

İtaliyanın "Salernitana" klubunun futbolçusu Frank Riberi qəzaya düşüb.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hadisə Salernodan təxminən 40 km uzaqlıqda Capaccio-Paestum qəsəbəsində baş verib. Fransalı yarımmüdafiəçi avtomobilində sərnişin olub. Maşının işıqforla toqquşması nəticəsində 38 yaşlı futbolçu başından zədə alıb. Ulduz futbolçu baş travması ilə xəstəxanaya qaldırılıb.Riberinin tədbir baxımından bir neçə gün xəstəxanada qalacaq.

"Corriere dello Sport" xəbər verir ki, insident fevralın 27-nə keçən gecə yerli vaxtla saat 3-də baş verib. Aldığı xəsarət üzündən təcrübəli futbolçu A Seriyasında 26-cı turun "İnter"lə martın 4-də Milanda keçiriləcək görüşü buraxacaq.

Riberi cari mövsüm 17 oyunda 2 məhsuldar ötürmə edib. Hazırda "Salernitana" 25 matçdan 15 xalla 20-ci yerdə gedir.







Xəbər news