19 avqust 2026. Çərşənbə

Millimizin hücumçusu rəqibinin burnunu qırdı - FOTO


Millimizin hücumçusu rəqibinin burnunu qırdı - FOTO

Almaniya 3-cü Liqasında 33-cü turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Preußen” klubu da növbəti oyununa çıxıb. Dadaşovun komandası “Münhen 1860” ilə üz-üzə gəlib. Münster təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0. Rüfət, 30-cu dəqiqədə komandasının yeganə qolunu vurub.

Sözügedən matçda Rüfət qolla yanaşı, həm də sərt müdaxiləsi ilə yadda qalıb. O, matçın 76-cı dəqiqəsində top uğrunda mübarizə zamanı dirsəyi ilə rəqib komandanın üzvü Simon Lorenzə zərbə endirdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Tibbi müayinədən keçən Lorenzin burun sümüyündə qırıq aşkarlanıb.








Xəbər news