25 oktyabr 2024. Cümə

Sabah Saburtalo'ya qalib gəldi, Tiflis yığmasına uduzdu


Sabah Saburtalo'ya qalib gəldi, Tiflis yığmasına uduzdu
“Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tiflisdə baş tutan “LeaderBet Cup” turnirində iştirak edib. Corner.az xəbər verir ki, təmsilçimiz turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb.
 
Komandamız ilk matçda Tiflisin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin 1:4 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə “Sabah”ın yeganə qolunu Əhməd Tarverdiyev vurub.
 
İkinci oyunda isə “Sabah” yerli “Saburtalo” komandasından olan həmyaşıdları ilə qarşılaşıb. Matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qollara Ramil Nurəhmədov və Tuncay Yusifli imza atıblar.
 
“Sabah”ın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.






Xəbər news