25 oktyabr 2024. Cümə

Emrelinin komandası cərimələndi


Emrelinin komandası cərimələndi

UEFA  millimizin hücumçusu üzvü Mahir Emrelinin də şərəfini qoruduğu "Dinamo" (Zaqreb) klubunu cəzalandırıb.

Corner.az xəbər verir ki, buna səbəb Xorvatiya klubunun azarkeşlərinin UEFA Avropa Liqasının pley-off mərhələsinin "Sevilya" ilə səfər matçında ictimai asayişi pozmasıdır. Ona görə də UEFA-nın İntizam Komitəsi "Dinamo"nu 30 min avro cərimələyib.

Bununla yanaşı UEFA Xorvatiya klubunu avrokuboklardakı növbəti səfər matçı üçün bilet satışını da qadağan edib. 

Qeyd edək ki, "Dinamo" "Sevilya"ya ümumilikdə 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəsini dayandırıb.







Xəbər news