25 oktyabr 2024. Cümə

Neftçi'nin futbolçusu Salaha çatdı, Ronaldo və Messini geridə qoydu


Neftçi'nin futbolçusu Salaha çatdı, Ronaldo və Messini geridə qoydu
"Neftçi"nin sabiq futbolçusu Kvame Karikari 2022-ci ildə ən çox qol vurmuş futbolçuların siyahısında yer alıb. Corner.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu hazırda 7 qolla 27 - 44-cü pillələri bölüşdürür.
 
Taylandın "Naxonratçasima" klubunda çıxış edən qanalı forvard İngiltərə "Liverpul"undan Məhəmməd Salah, Sadio Mane və "Tottenhem"dən Harri Keynlə eyni sayda qol vurub.
 
İFFHS Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Mançester Yunayted"indən Kriştiano Ronaldonun hərəyə 1 qola imza atdıqları üçün siyahıya düşmədiyini xatırladıb.
 
İki ay ərzində ən çox qol vurmuş futbolçu isə Kamerun yığmasının və Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"in hücumçusu Vensan Abubakardır. 30 yaşlı hücumçu 2 ay ərzində 11 dəfə fərqlənib.






Xəbər news