25 oktyabr 2024. Cümə

Bu federasiyanın adı və loqotipi dəyişdirildi


Bu federasiyanın adı və loqotipi dəyişdirildi

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) adı dəyişdirilib.

Corner.az-ın məlumatına görə, qurum bundan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib.

Qeyd edək ki, növlərinə uyğun olaraq hazırda dünyada Beynəlxalq Kanoe Federasiyası (International Canoe Federation - ICF) və Beynəlxalq Avarçəkmə Federasiyası (International Rowing Federation - IRF) fəaliyyət göstərir.







Xəbər news