25 oktyabr 2024. Cümə

Onlar paralel dünyada yaşayırlar - Çeferin


Onlar paralel dünyada yaşayırlar - Çeferin
UEFA prezidenti Aleksandr Çeferin növbəti dəfə Avropa Super Liqası layihəsinin təşkilatçılarına xəbərdarlıq edib. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA prezidenti, Super Liqa layihəsinin müəlliflərinin yeni formatda turnir keçirmək ideyası ilə bağlı fikirlərini bildirib:
 
“Ötənil onlar bu məntiqsizideyanı koronavirus pandemiyasının ortasında həyata keçirmək istədilər. İndi isə bunu Rusiyanın başlatdığı müharibənin ortasında yenidən reallaşdırmağı planlaşdırırlar. Bunlar paralel dünyada yaşayırlar”.
 
Bu gün “Yuventus”un prezidenti Andrea Anyellinin Super Liqanın 20 iştirakçı və iki divizion şəklində olmaqla yeni layihəsini təqdim edəcəyi ilə bağlı məlumat yayılıb.
 
Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.






Xəbər news