23 mart 2026. Bazar ertəsi

150 səhifəlik müqaviləyə imza atan 12 klub var


150 səhifəlik müqaviləyə imza atan 12 klub var
“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Super Liqası layihəsi ilə bağlı açıqlama verib. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı funksioner növbəti dəfə Avropa futbolunda islahatlara ehtiyac olduğunu bildirib:
 
“Super Liqa layihəsi uğursuz olmadı. Məncə, Avropa futbolunun ciddi islahatlara ehtiyacı var. UEFA bilirdi ki, mən “Yuventus”un prezidenti kimi başqa bir şey üzərində işləyirəm. Super Liqa bir nəfərin yox, 12 klubun birlikdə işidir. 12 klub 150 səhifəlik müqavilə imzalayıb və bu, həmin klublardan 11-i üçün hələ də qüvvədədir. Kompromis artıq seçim deyil, bizə daha dərin islahatlar lazımdır.  Futbolun idarəetmə strukturu lazımi səviyyədə deyil. Mən alternativ fikirlər haqqında deyil, sektorun necə idarə olunduğu barədə düşünərdim”. 
 
Ötən ilin aprel ayında “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar Avropa Super Liqasından ayrılıblar. 






Xəbər news