23 mart 2026. Bazar ertəsi

Düzünü desəm Putindən daha çox yalan danışırlar


Düzünü desəm Putindən daha çox yalan danışırlar

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas Avropa Super Liqası layihəsinin yenidən başlaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Tebas, Super Liqa layihəsi müəlliflərinin İngiltərə Premyer Liqası komandalarını bu turnirə qatmalarının çox çətin olacağını deyib:

“Məncə, bir həftə əvvəl “Yuventus”un prezidenti Andrea Anyellinin evində üç klubun rəsmilərinin görüşü olub. İndi onlar Super Liqada zəmanətli yerə ehtiyac duymadıqlarını, “Real”dan isə birinci yeri tutmaq istəmədiklərini deyirlər. Bu, yalandır. İngiltərənin Premyer Liqa klublarını bu turnirə qatmaq çox çətin olacaq çünki onlar iki divizion yaratmaq istəyirlər. Hansı ki, ikinci diviziona iki və üç komanda düşəcək. “Yuventus”, “Barselona” və ​​”Real”ın isə aşağı düşmə ehtimalları olmayacaq.

Onlar Super Liqanın yaradılmasının milli liqalara təsir etməyəcəyini təkid edirlər. Hər dəfə bunu oxuyanda məni incidir düzünü desəm Putindən daha çox yalan danışırlar. Ancaq hamımız bunun çempionatlara zərər verəcəyini bilirik. Bu, mənim üçün təhqirdir, özümü alçaldılmış hiss edirəm. Onlar futbola böyük zərər verəcəklər”.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlasalar da sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.







Xəbər news