- Xəbər news
- 01:00 22.01.2026
“Tottenham”ın futbolçusu Heung Min Son Cənubi Koreyada baş verən yanğında zərər görənlərə yardım edib.
Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu yanğın qurbanlarına 100 min funt-sterlinq pul bağışlayıb. Bu barədə o, “twitter” hesabından məlumat yayıb:“İnanıram ki, pulun bir əhəmiyyəti yoxdur. İndi əsas məqsədimiz zərərçəkənlər üçün az da olsa, nəsə etməkdir”.
Aprelin 4-də Cənubi Koreyanın Qanvon vilayətində dağ meşələrində güclü yanğın baş verib. Gecə saatlarında başlayan yanğın küləyin güclənməsiylə 250 hektarlıq əraziyə yayılıb. Yanğın zamanı 135 ailə evsiz qalıb.(komanda)