- Xəbər news
- 22:34 14.11.2024
Qarşıdan
8 Mart - Beynəlxalq Qadınlar Günü gəlir. Bu dəfə bayramı xanımlar üçün daha da
özəl etmək imkanı yaranıb.
Belə ki,
hər birimiz bizə əziz və doğma olan xanımları onların adından Qarabağ üçün ağac
ianə etməklə sevindirə bilərik.
Bunun
üçün Fondun veb səhifəsinə (https://qdf.gov.az/iane-et/8mart)
daxil olub təbrik etmək istədiyiniz xanımın adını qeyd edib, daha sonra ağac
sayını seçərək ianə etmək kifayətdir.
Əldə
etdiyiniz xüsusi “İanə Sertifikatı”nı yaxınlarınıza hədiyyə edə bilərsiniz.
Məlumdur
ki, erməni işğalçıları tərəfindən 30 ilə yaxın bir müddət ərzində Qarabağda törədilən
ekoloji terror, həmin ərazilərdə keçirilən qeyri-qanuni fəaliyyət və təbii
ehtiyatların istismarı nəticəsində işğaldan azad edilən ərazilərimizdə
ekologiyaya ciddi ziyan dəyib.
Xatırladaq
ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın və biomüxtəlifliyin bərpası
məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondu
arasında “Əməkdaşlıq Memororandumu” imzalanıb.
Bu əməkdaşlıq
çərçivəsində Zəngilanda “Zəfərdən Dirçəlişə” adlı meşə massivinin salınması
layihəsinə start verilib. Qarabağ meşələrində əsasən yerli iqlim şəraitinə
uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, Qlediçiya və Şərq çinarı kimi
ağacların əkilməsi nəzərdə tutulur. Ağacların əkilməsi prosesi mərhələli şəkildə
davam edir.
Oxşar
layihələr işğaldan azad olunan digər ərazilərdə də davam etdiriləcək.
Əminik
ki, hər bir xanım üçün Qarabağda onun adına ağac əkilməsi çox böyük mənəvi dəyəri
olan hədiyyə olacaq.
Əziz və dəyərli
xanımlar!
Sizi 8
Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə
cansağlığı, səadət və uğurlar arzu edirik.