"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionu təmirə bağlanır. Corner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu səbəbdən "Neftçi" PFL-dən "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.
Stadionda aparılacaq işləri, paytaxt təmsilçisinin müraciətini və qarşı tərəfin razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Qeyd edək ki, son ölkə çempionu martın 13-də Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sumqayıt"ı qəbul edəcək.