Futbol üzrə Qazaxıstan çempionatında yeni mövsümə start verilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin yenicə transfer olunduğu “Turan” da debüt edə bilməyib.
Sözügedən kollektiv doğma meydanda “Taraz”ı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.
Emil bu görüşün iştirakçısı olmayıb. Balayev sonadək ehtiyatda qalıb.