Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında debüt edib.
Corner.az xəbər verir ki, o, 26-cı tur çərçivəsində Zaqreb “Dinamo”sunun evdə “Şibenik”ə qarşı keçirdiyi oyununun iştirakçısı olub.
Paytaxt klubunda ilk dəfə start heyətində meydana çıxan 24 yaşlı futbolçu 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə “Dinamo”da ilk qolunu vurmağa yaxın olsa da, zərbəsi top qapı tirinə tuş gəlib. Görüş isə Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra xallarını 53-ə çatdıran “Dinamo” turnir cədvəlində ilk pilləyə yüksəlib.