"Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir”. Corner.az xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli evdə “Sibenik”ə 3:0 hesabı ilə qalib gəldikləri Xorvatiya 1-ci liqasının 26-cı turunun oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Xorvatiya çempionatında debüt matçına çıxan 24 yaşlı futbolçu çoxdandır start heyətində yer almadığını bildirib:
“Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi”.
İlk dəfə “Dinamo”da start heyətində meydana çıxan Mahir 60-cı dəqiqədə əvəzlənib.