11 may 2026. Bazar ertəsi

Nəbiyev oynamadı, komandası səfərdə uduzdu


Nəbiyev oynamadı, komandası səfərdə uduzdu
Futbol üzrə Çexiya 2-ci divizionunda 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Pribram”ın qonağı olub. Jijkov təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Viktoriya” 17 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı