25 oktyabr 2024. Cümə

Krivotsyuk oynamadı, komandası qələbə qazandı


Krivotsyuk oynamadı, komandası qələbə qazandı
Polşa çempionatında 24-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Lençna”nı qəbul edib. Futbolçumuzun komandası bu oyunda inamlı qələbə ilə qazanıb - 3:1.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
“Visla” 24 turdan sonra 33 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news