- Xəbər news
- 21:58 14.03.2026
İngiltərə Futbol Federasiyası “Manchester United”in sabiq futbolçusu Paul Scholesə qarşı gözlənilməz ittiham irəli sürüb.
Corner.az xəbər verir ki, 44 yaşlı sabiq futbolçu, danışılmış oyunlarda iştirakda ittiham olunur. İddiaya görə, Scholes 2015-ci ilin 17 avqustundan 2019-cu ilin 12 yanvar tarixinə kimi 140 futbol matçına pul qoyuluşu edib.
Futbolçu karyerasını bitirəndən sonra 31 gün “Oldham Athletic”də baş məşqçi kimi çalışan, eyni zamanda “Selford City” klubunun 10 faizlik səhmlərinə sahib olan Scholes, vəzifəsindən sui-istifadədə ittiham olunur.
Onun aprelin 26-na qədər bu qərardan etirazını bildirmək haqqına sahibdi. Qərar tam dəqiqləşəndən sonra isə Scholesə hansı cəzanın veriləcəyi bəlli olacaq.
44 yaşlı Scholes karyerası boyunca yalnız Manchester United-də çıxış edib və 2013-cü ildə karyerasını başa vurub. O, karyerası ərzində 11 dəfə İngiltərə çempionu olub, 3 dəfə İngiltərə Federasiya Kubokunu qazanıb, 2 dəfə də Çempionlar liqası çempionluğunu yaşayıb.