27 noyabr 2024. Çərşənbə

Karyeramı bitirəndən sonra futboldan uzaq qalacam


Karyeramı bitirəndən sonra futboldan uzaq qalacam

Hazırda MLS-in "İnter Mayami'" klubunda çıxış edən argentinalı hücumçu Qonsalo İquayn futbolçu həyatından danışıb.

Corner.az “Primer impact”a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını bitirdikdən sonra futboldan uzaq olacağını bildirib:

“İnsanlar futbolçu olmağın nə demək olduğunu bilmirlər. Onlar elə bilirlər ki, sənə yalnız futbol oynamaq lazımdır, vəssalam. Amma bizim də sizin kimi valideynlərimiz var. Biz də hamı kimi eyni əziyyəti yaşayırıq.

Karyeramı bitirəndən sonra futboldan uzaq olacam. Çox uzaq… Karyeramı davam etdirdiyim müddətdə futboldan həzz alacam. Amma sonra topa yaxınlaşmağı belə, düşünmürəm.

Futbol oynamağa başlayanda deyirsən: “Hər şey yaxşıdır”. Ancaq bu sahəni daha yaxından tanıyanda pislik, paxıllıq, qısqanclıqla qarşılaşırsan. Onsuz da həyatımda ən vacib olanlar var: həyat yoldaşım və qızım. Niyə özümü yenidən xoşagəlməz halların içinə salım? Xeyr, mən bundan uzaq olacam”.

İquayn karyerası ərzində “Juventus”, “Real”, “Napoli”, “Milan”, Çelsi” kimi klublarda çıxış edib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir