27 mart 2026. Cümə

“Atam “Real” azarkeşiydi, indi isə ...” - Roberto


“Atam “Real” azarkeşiydi, indi isə ...” - Roberto

“Barcelona”nın futbolçusu Sergi Roberto yeniyetmə yaşlarında “Real”dan təklif aldığını açıqlayıb.

Corner.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən Roberto, bunları bildirib: “Gimnastic” klubunda oynayanda, “Barcelona” ilə “Real” mənimlə maraqlanırdı. Hər iki klubun rəsmiləri bizimlə əlaqə qurdular. O zamanlar atam da “Real” azarkeşi idi.Atamla məsləhətləşəndən sonra “Barcelona”nın təklifinin daha yaxşı olduğunu düşündük və qəbul etdim.İndi atam da “Barcelona”ya azarkeşlik edir”.

Qeyd edək ki, Roberto, bu mövsüm 35 qarşılaşmada iştirak edib.







Xəbər news