27 noyabr 2024. Çərşənbə

Rusya haqlıdır ya Ukrayna?


Rusya haqlıdır ya Ukrayna?
Artıq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin növbəti gününə keçirik. Ekspertlərin cəmi 48 saat çəkəcəyi dediyi müharibənin isə nə zaman bitəcəyini heç kəs təxmin edə bilmir. Mən bu müharibəni tarixdə olmuş digər bir müharibəyə bənzədirəm - Troya. Troya şahzadəsi Paris Sparta padşahının arvadı Yelenanı qaçırır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük donanma ilə Troyaya hücuma keçirlər. Say etibarı ilə Axeylilər troyalılardan dəfələrlə çox olmasına baxmayaraq Troyalıların sərt müqaviməti ilə qarşılaşırlar. On illik müharibədə çox itkilər verilir. Nəticədə isə geriyə yerlə yeksan olunmuş Troya qalır. Sözün həqiqi mənasında tarixdən silinir. Əslində Homerin "İliada" əsərində Troya müharibəndən bəhs edilsə də, Troya şəhəri fantaziya sayılırdı. Ancaq 1871-ci ildə arxeoloji qazıntılar nəticəsində şəhərin mövcudluğu təsdiqləndi. Rusları Axeylilər, Troyalıları isə ukraynalılara bənzədirəm. 

Son illərdə bizim cəmiyyətdə yeni aforizm yaranıb - “Yaxşı edirsən, amma düz etmirsən”.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əslində Rusiyanın NATO-nun genişənmə proqramına qarşı atılmış addım idi. Nəticəsi isə bəlkə də rusların gözlədiyi kimi olmadı. Bəlkə də oldu. Ancaq bir reallıq var ki, gördüyümüz mənzərə məhz elə dediyim aforizmi bütün çılpaqlığı ilə göstərir. Nəticə belədir -  Ukraynanın görkəmi Suriyadan fərqlənmir, Rusiyanı isə 1941-45-ci illərdəki müharibənin gətirdiyi səfalət gözləyir. Belə ki, artıq sərt qanunlar və mağazalardakı səssiz xaos özünü göstərməyə başlayıb. Belə ki, iqtisadi böhran artıq rusların mətbəxinə girib. Rusiyanın bunları gözə aldığını, hətta planlaşdırdığını düşünənlər də az deyil. Dayandığımız yerdən baxanda bu şəkildə görsənə bilir.

Bəs yerimizi dəyişsək necə? Yenə eyni mənzərə görsənəcəkmi?

Yerimizi virutal olaraq dəyişirik. Qərb tərəfdən baxdıqda bu gedişatın sanki Qərbin planı olduğunu müşahidə edirik. Belə ki, Rusiyanın soyuq müharibələr də daxil olmaq üzrə indiyə kimi Qərbə qoyduğu bütün sərmayelərin, mal-varlıqlarının hətta, banklardakı fantastik pulların artıq Qərb ölkələri arasında bölüşdürüldüyünü görürük. Bu səbəbdən Qərbin planı olduğunu da düşünmək mümkündür. Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların kölgəsi Qərbin də üzərini alacaq. Məsələn təbii qazın qiymətinin kəskin artması. 



Bəs bu müharibədən qazanan kimdir? 

Əslində maddi olaraq qazanan bir ölkə var, o da okeanın o tayında. Qumar masasında böyük oynayan Amerika bəzən incə toxunuşlarla, bəzən də verdiyi açıqlamalarda nəinki regionda, hətta dünyada birinci güc olduğunu Rusiyanı çökdürməklə təsdiqləmək istəyir. Belə olan halda intihar həddinə çatdırılan Ağ ayının son həmləsi Atom silahının olmayacağı qarantiyasını kim verə bilir? Heç kim. Deməli pis günlər geridə qaldı və bizi daha pis günlərin gözələyəcəyi də mümkündür. 

Bu müharibədə maksimum səssizliyini qorumağa çalışan başqa super guc də var ki, o daha da təhlükəlidir. Onun adı Çindir. Ekspertər hələ Rusiya-Ukrayna savaşı başlamamışdan öncə Çinin 2 ildir dünya buğda ehtiyatının 60%-ni topladığını bildirmişdilər. Ən böyük buğda ixracatını həyata keçirən iki ölkənin bir-biri ilə müharibəsi isə bizi daha da böyük fəlakətlərin gözlədiyindən xəbər verir. Belə ki Ukrayna artıq buğda əkəcək və ya ixrac edəcək ölkə statusundan çıxıb. Çünki, ölkədə az qala daş üstündə daş qalmayıb. Rusiya isə hər tərəfdən blokadaya alınmış dərəcədədir. Yeganə sanksiyaya qoşulmayan super ölkə isə Çindir. Yəni Rusiyanın əlində olan qalan buğdasını da Çinin alacağını ehtimal etmək o qədər də çətin deyil. 

Yəni qarşıda dünyanı aclıq gözləyir.

Rusiyanın nə istədiyindən bəhs etdik. Bəs Ukrayna nə istəyir? Əslində dövlət yox Ukrayna xalqı nə istəyir olacaqdı. Çünki, Ukrayna xalqı uzun müddətdir bir neçə prezident dəyişərək Qərbə inteqrasiya etmək istəyir. Sözün həqiqi mənasında bütün xalq bunu istəyir. Sadəcə bunu bu yolla etmək istəmirdilər. Bəli, xalq olaraq Rusiyadan uzun zamanların yığılmış bir kini var idi. İosif Vissarionoviç Stalinin zamanından bu yana Ukraynalılar Rusiyanı sevə bilmirlər. 2014-cu ildə baş verən hadisələr, torpaq itkiləri isə Rusiya –Ukrayna arasındakı problemi daha da böyütdü. Nəticə olaraq danışıqlar masası boş qalmağa başladı. Rusiyanın məqsədi hər nə qədər NATO-nu uzaqlaşdırmaq, Ukraynanı neytrallaşdırmaq və ölkəni bufer zonaya çevirmək olsa da, Ukraynanın məqsədi Rusiyadan uzaqlaşmaq idi. Ərazinin yerləşdiyi yeri düşündükdə bunun mümkün olmadığını görürük. Ancaq Ukrayna Avropanın üzvü olduğu təqdirdə Rusiyadan qorunmaq şansı əldə edəcəkdi. Təəssüf ki, düşünülənlə həyata keçirilən bir-birini tamamlamadı. Belə ki, Qərb Ukraynaya sizin üçün döyüşmək əvəzinə sanksiyalarla cavab verəcəyik demədi. Əksinə “yanınızdayıq” sözləri sadəcə silah yardımı və sanksiyalarla müşahidə olundu. Təbii ki silah yardımı vacib idi. Ancaq o silahı tuta biləcək bir əsgər olmadıqda, o silah sadəcə ruslara hərbi qənimət kimi yarayacaq. Bu isə yardımdan daha çox ziyan deməkdir. 

Danışıqlar masasında sözlər yarımçıq qalmaqda davam edir. 

Ukrayna-Rusiya müharibəsinin ən yaxşı ehtimalı Ukrayna Donetsk və Luqanskdan tamamilə vaz geçəcək. Yəni əvvəlkindən daha çox torpaq itirəcək. Çünki, əvəllər vilayət tam işğal edilməmişdi. İndi isə tam şəkildə rusların nəzarətindədir. Danetsk və Luqanskdan tamam vaz geçdikdən sonra Qərblə Rusiya arasında neytral ərazi yaranacaq. O zaman rus ordusunun Ukraynadan çıxma ehtimalı var. Ancaq bunun özü belə Rusiyanı ən azı 30 il geriyə atmış və ölkədə traur halının yaranmasına gətirib çıxaracaq. Çünki rəsmi rəqəmlərə görə 11 mindən çox rus əsgərinin öldüyü deyilir. Əldə olunan isə xarabaya çevrilmiş  vilayət və nə qədər çəkəcəyi bilinməyən sanksiyalar. Üstəlik əsir düşən rus əsgərlər, məhv edilmiş hərbi kanlonlar və silahlar məğlubedilməz rus əsgərinin nüfuzunu da yerlə yeksan etdi. Dostumuz Seymur Məmmədovun dediyi söz yadıma düşdü. “Ruslar hər şeyi bağışlayar, amma məğlubiyyəti bağışlamaz”. Çox güman ki hələ bu xəmir hələ çox su aparacaq.

Bəxtiyar Məmmədov






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir