3 fevral 2026. Çərşənbə axşamı

Messi'nin getməsinə görə peşman deyiləm


Messi'nin getməsinə görə peşman deyiləm

"Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin PSJ-yə keçidi haqda danışıb.

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı funksioner 34 yaşlı argentinalı hücumçunun PSJ-yə keçidinə görə peşman olmadığını bildirib:

“Bu, ən kədərli qərar olsa da  peşman deyiləm. Klub hər şeydən, hətta dünyanın ən yaxşı futbolçusundan da üstündür deyə düşünürəm.

Biz fəlakətli mirasın reallığı ilə üz-üzə gəldik. Amma xoşbəxtlikdən, “Barselona”nın hekayəsi davam etdirməyi bacardıq”.

Messi 2021-ci ilin yayında “Barselona”nın çətin maliyyə vəziyyəti səbəbindən PSJ-yə keçib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO