25 oktyabr 2024. Cümə

Anri'dən Messi'yə dəstək: İnsanlar elə bilirlər ki ...


Anri'dən Messi'yə dəstək: İnsanlar elə bilirlər ki ...

Fransalı keçmiş hücumçu Tyerri Anri PSJ-nin futbolçusu Lionel Messi haqda açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı sabiq futbolçu Messinin Paris təmsilçisinə tam uyğunlaşması üçün vaxta ehtiyacı olduğunu bildirib:

“Möhtəşəm oyunçular olan Messi və ya Neymardan danışanda psixoloji məqamı unuduruq. “Barselona”dan ayrılarkən Messinin göz yaşları əvvəldən hazırlanan ssenari deyildi, bu, emosional şok idi. İnsanlar elə bilirlər ki, Parisdə onun ehtiyacı olan hər şey var, amma bu, belə deyil. “Arsenal”dan “Barselona”ya keçəndə sağalmağım bir il çəkdi. Mən zədəli gəldim, yeni taktiki sxemə sahib olmalı oldum… Bütün bunlar psixologiyaya təsir edir”.







Xəbər news