- Xəbər news
- 21:58 14.03.2026
“Səbail”in futbolçusu Michael Essien İngiltərədən dəvət alıb.
Corner.az xəbər verir ki, qanalı yarımmüdafiəçi keçmiş komandası olan “Chelsea”nin stadionu “Stamford Bridge”yə 9 ildən sonra yenidən qayıdacaq. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Essien “Stamford Bridge”də UNİCEF-ə dəstək xarakterli görüşdə iştirak edəcək. Dünya yığması ilə İngiltərənin əfsanələri arasında keçiriləcək oyun iyunun 16-da olacaq. Görüşdə Essienlə yanaşı, Didye Droqba, Co Koul, Frenk Lempard, Rikardu Karvalyo kimi futbolçular da iştirak edəcək.
“Chelsea”nin rəsmi saytına açıqlama verən Essien yenidən “Stamford Bridge”yə qayıdacağı üçün xoşbəxt olduğunu deyib: “Stamford Bridge”də yenidən böyük kütlə qarşısına çıxacağım üçün sevinirəm. Oranı öz evim kimi hiss edirəm. Dünya yığması Droqba və Rikardu Karvalyo ilə daha güclü görünür. UNİCEF üçün oynamaq və dünyanın hər bir yanında əziyyət çəkən uşaqlara dəstək olmaq ayrıcalıqdır”.
Qeyd edək ki, 36 yaşlı futbolçu bir müddət əvvəl Afrikadan da dəvət almışdı.