25 oktyabr 2024. Cümə

Qarabağ Avropa reytinqində 16 pillə irəlilədi


Qarabağ Avropa reytinqində 16 pillə irəlilədi

"Qarabağ" klubu Avropa reytinqində 16 pillə irəliləyib.

Corner.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı reytinq siyahısına əsasən müəyyənləşib.

Hazırda 129 xala malik "köhlən atlar" qitənin ümumilikdə 170 klubunun yer aldığı siyahıda 72-cidir. Ağdam təmsilçisi ötən ay 85,6 xalla 88-ci idi.

Azərbaycanın daha bir təmsilçisi "Neftçi" isə 81,5 xalla 134-cü sırada qərarlaşıb.

Siyahıya yenə Avropa klubu başçılıq edir. Lakin artıq Niderland "Ayaks"ı deyil, İngiıtərənin "Çelsi" komandası liderdir. "Zadəganlar"ın 310 xalı var.







Xəbər news