25 oktyabr 2024. Cümə

Balayevin komandasının oyunu qara görə təxirə salındı


Balayevin komandasının oyunu qara görə təxirə salındı

Qazaxıstan Premyer Liqasında "Akjayık" və "Turan" komandaları arasında keçirilməli olan II tur qarşılaşması təxirə salınıb.

Corner.az-ın yerli Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, səbəb kimi əlverişsiz hava şəraiti və futbolçuların sağlamlığı üçün yüksək riskin olması göstərilib.

Hakimlər briqadası stadionun öt örtüyünü yoxladıqda qazon sahəsinin buz bağladığı, meydanın təmizlənməsi və oyuna hazırlanmasının çətin olduğu qənaətinə gəlib.

Nəticədə məsləhətləşmələrdən sonra görüşün başqa tarixə ertələnməsi qərara alınıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlamalı idi.

Qeyd edək ki, "Turan" komandasının məşqçisi Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadov, qapıçısı isə yığma üzvü Emil Balayevdir.







Xəbər news