5 dekabr 2025. Cümə

Ajax-a uduzdu, dəyəri düşdü!


Ajax-a uduzdu, dəyəri düşdü!

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Juventus” öz meydanında “Ajax”a məğlub olaraq, turnirlə vidalaşıb.

Corner.az xəbər verir ki, bu məğlubiyyətlə Turin klubu səhmləri 453 milyon dollar itirib.

“Ajax” isə illik gəlirlərini üç dəfə yüksəltmək şansı qazanıb. “Bloomberg” şirkəti tərəfindən hazırlanan məlumatlara görə, “Ajax” 2018-ci ildə gəlirini 92 milyon avroya yüksəltmişdi. “Juventus” üzərində qələbədən sonra “Ajax”ın klub dəyəri 342,8 milyon avroya yüksəlib.

“Juventus” isə 22 faiz geriləyib.Turin təmsilçisinin klub dəyəri 1,3 milyard avrodur.







Xəbər news