25 oktyabr 2024. Cümə

Rusiya idmançılarının yarışlardan uzaqlaşdırılması ədalətsizlikdir


Rusiya idmançılarının yarışlardan uzaqlaşdırılması ədalətsizlikdir
“Rusiya idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılması ədalətsizlikdir”. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Antonio Konte söyləyib. 52 yaşlı italiyalı mütəxəssis, Rusiyanın Ukraynaya hücumunun futbola təsir etməsinin təəssüf hissi doğurduğunu deyib:
 
“Bir daha deyirəm, Rusiya ilə Ukrayna arasında yaranmış vəziyyətin futbola və idman dünyasına təsir etməsi çox təəssüf doğurur. Rusiya idmançılarının yarışlardan kənarlaşdırıldığını görmək çox üzücüdür. Məncə, bu, ədalətsizlikdir.Onların bu yarışma üçün hər gün gördükləri işləri çox yaxşı bilirəm.Düzünü desəm, vəziyyətin həll olunacağına ümid edirdim, çünki bu idmana çox ziyan vurur”.

Qeyd edək ki, fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçib və bütün dünyada etirazla qarşılanıb. Rusiya -Ukrayna  arasında müharibə hazırda da davam edir.








Xəbər news