Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Corner.az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində “Hayduk”la üz-üzə gəlib.
Bu qarşılaşmada qalib müəyyənləşməyib - 0:0. Start heyətdə yer alan 24 yaşlı Emreli 41-ci dəqiqədə fərqlənmək üçün şansı olsa da, başla zərbəsi dəqiq olmayıb. Millimizin üzvü 56-cı dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra xalını 54-ə çatdıran “Dinamo” vahid liderdir.