27 may 2026. Çərşənbə

Nəbiyevli Viktoriya yenə məğlub oldu


Nəbiyevli Viktoriya yenə məğlub oldu
Futbol üzrə Çexiya 2-ci divizionunda 18-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Praqa “Sparta”sının ikinci komandasını qəbul edib. Jijkov təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 19-cu dəqiqədə əvəzlənib.
 
“Viktoriya” 18 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı