23 mart 2026. Bazar ertəsi

Krivotsyuk'lu Visla'dan səfərdə qələbə


Krivotsyuk'lu Visla'dan səfərdə qələbə
Polşa çempionatında 25-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Yagelloniya”nın qonağı olub. Futbolçumuzun komandası bu oyunda minimal hesabla qələbə qazanıb - 1:0.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 23 yaşlı müdafiəçi 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news