- Xəbər news
- 15:12 27.11.2025
"Barcelona" "Trabzonspor"un yarımmüdafiəçisi Abdulkadir Ömürün ötən gün Kataloniya təmsilçisində oynamaq istəməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu rəsmi "Twitter" hesabı vasitəsilə gənc futbolçuya cavab verib. Ona "Barcelona"da oynamağın mümkünsüz olmadığı bildirilib: "Türkiyədə minlərlə azarkeşimiz, futbol məktəblərimiz, dəyərli sponsorlarımız var. "Barcelona" tarixində 3-cü türk futbolçu niyə də olmasın?! – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, 2015-ci ildən "Trabzonspor" klubunda çıxış edən A.Ömür yerli mətbuata müsahibəsində Rüştü Rəçbər, Arda Turan kimi "Barcelona" forması geyinməyi arzuladığını dilə gətirib.