Portuqaliya çempionatında 26-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Portu”nun qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə üzləşib– 0:4.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
Hazırda 21 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.