27 noyabr 2024. Çərşənbə

Fərid Qayıbov MİTRİ-nin fəaliyyəti ilə maraqlandı


Fərid Qayıbov MİTRİ-nin fəaliyyəti ilə maraqlandı

Gənclər və idman naziri Fərid Qayıbov Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun (MİTRİ) fəaliyyəti ilə maraqlanıb.

Nazirlikdən Coner.az-a bildirilib ki, İnstitutun İdarə Heyətinin sədri Səbinə Xəlilova nazirə burada yaradılmış şəraitlə bağlı məlumat verib.

MİTRİ-dəki mövcud müasir avadanlıq və aparılan müayinə, müalicə metodikaları ilə tanışlıq olub. Qeyd olunub ki, İzokinetik laboratoriya, Erqospirometriya testi, Optik biomexanika, Vakusport, Alter G, 3D analiz və digər xidmətlər ən yüksək səviyyədə müasir tibbi tələblərə uyğun aparılır.

Qeyd edək ki, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu federasiyalar və digər idman təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır. Burada tibbi-bərpa proseslərinə cəlb edilən idmançıların müayinə və müalicəsi ilə müasir tibbi bacarıqlara malik təcrübəli həkimlər məşğul olurlar.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir