Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Kaspi Aktau”nu qəbul edib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla məğlub olub – 0:1.
Emil bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Turan” hazırda 1 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.