- Xəbər news
- 22:34 14.11.2024
"Kollegiya qərarı ilə bu federasiyanın statusu ləğv olunub, biz belə bir qurum tanımırıq".
Corner.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Otüstü Xokkey Federasiyasının ləğvi barədə danışarkən deyib.
O, növbəti federasiya yaranarsa, müvafiq sənədlər icra orqanlarından keçdikdən sonra attestasiyaya baxıla biləcəyini bildirib: "Fedeasiyalar ictimai birliklərdir və onların fəaliyyəti müstəqildir. Sadəcə, nazirlik olaraq onlarla mütəmadi görüşür, idman siyasətimiz, hansı istiqamətdə bərabər çalışacağımız haqqında məlumat veririk".
Qeyd edək ki, Otüstü Hokkey Federasiyasının prezidenti sabiq vergilər naziri Fazil Məmmədov idi.