5 dekabr 2025. Cümə

Yarımfinala yüksələdiymizdən xəbərim yox idi - Sissoko


Yarımfinala yüksələdiymizdən xəbərim yox idi - Sissoko

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Manchester City”yə 4:3 hesabı ilə məğlub olmasına baxmayaraq yarımfinala yüksələn “Tottenham”ın futbolçusu Moussa Sissoko oyundan sona fikirlərini bildirib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, oyunun 41-ci dəqiqəsində zədələnərək, meydanı tərk edən fransalı futbolçu, turu keçdiklərindən xəbərsiz olduğunu bildirib: “Texniki zonada idim, hesab 3:5 olanda çox pis oldum və paltardəyişmə otağına getdim.Otaqda tək idim, otaqda məndən başqa heç kim yox idi və oyuna baxmaq üçün televizor da yox idi.Ağlımda yalnız məğlub olduğumuzu və yarımfinala yüksələ bilmədiyimizi düşünürdüm.Sonra paltardəyişmə otağına  bir adam gəldi və “mümkünsüzü bacardıq” dedi. “Bunu necə etdik” deyə, soruşdum və o, VAR sisteminə baxıldıqdan sonra qolun ləğv edildiyini dedi. O anda zədəmi unudaraq, qaçaraq meydana qayıtdım”.








Xəbər news