27 may 2026. Çərşənbə

Krivotsyuk'lu Visla doğma meydanda uduzdu


Krivotsyuk'lu Visla doğma meydanda uduzdu
Futbol üzrə Polşa çempionatında 26-cı turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Slask”ı qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 1:2.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 54-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Visla” 26 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı