25 oktyabr 2024. Cümə

Nəbiyevli Viktoriya'dan heç-heçə


Nəbiyevli Viktoriya'dan heç-heçə
Futbol üzrə Çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Usti nad Labem”in qonağı olub. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
 
“Viktoriya” 19 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.






Xəbər news