25 oktyabr 2024. Cümə

Dadaşovlu Tondela evdə xal itirdi


Dadaşovlu Tondela evdə xal itirdi
Futbol üzrə Portuqaliya çempionatında 27-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Aruka”nı qəbul edib. Dadaşovun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 8-ci dəqiqədə meydana buraxılıb.
 
Hazırda 22 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.






Xəbər news