23 mart 2026. Bazar ertəsi

Liqa 1-in ən çox qazananları: 20 futbolçudan 18-i PSJ -də çıxış edir


Liqa 1-in ən çox qazananları: 20 futbolçudan 18-i PSJ -də çıxış edir

Fransanın məşhur "L Equipe" nəşri Liqa 1-də ən çox qazanan futbolçuların reytinqini açıqlayıb.

Corner.az-ın məlumatına görə, ilk "20-lik"də yer alan oyunçulardan 18-i PSJ klubunda çıxış edən futbolçulardır.

Ölkə çempionatında ən çox məvacib alan futbolçu isə Paris təmsilçisinin hücumçusu Neymardır. 29 yaşlı braziliyalı futbolçunun aylıq maaşı 4,083 milyon avrodur. İkinci pillədə onun komanda yoldaşı Lionel Messi yer alır. 34 yaşlı argentinalı hücumçunun gəliri 3,375 milyon avro təşkil edir. İlk "3-lüy"ü PSJ-nin digər hücumçusu fransalı Kilian Mbappe (2,22 milyon avro) tamamlayır.

20 nəfərlik siyahıda cəmi 2 futbolçu digər digər komandanı - "Monako"nu təmsil edir. Bunlardan biri aylıq 650 min avro məvacib alan Vissam Ben-Yedder və ondan 50 min avro az qazanan Sesk Fabreqasdır. Onlar müvafiq olaraq, 15-ci və 18-ci pillələrdə yer alıblar.







Xəbər news