- Xəbər news
- 15:12 27.11.2025
ABŞ çempionatında – MLS-də iştirak edən klubların sayı artırılacaq.
Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Məlumatda, MLS-də iştirakçı sayının 30-a yüksəldilməsinin planlaşdırıldığı bildirilir.
1993-cü ildə yaradılan çempionatda hazırda 24 klub mübarizə aparır. Onların 21-i ABŞ, 3-ü isə Kanada təmsilçiləridir. MLS-in son çempionu “Atlanta United” olub.