27 noyabr 2024. Çərşənbə

Emreli zədəsini baş məşqçidən gizlədib - SƏBƏB


Emreli zədəsini baş məşqçidən gizlədib - SƏBƏB

"Dinamo"nun ( Zaqreb ) baş məşqçisi Jelko Kopiç Mahir Emrelinin  haqda danışıb.

Corner.az “Jutarnji List”ə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun  Zaqreb “Dinamo”sunun son oyununda iştirak etməməsinin və Azərbaycan millisinə çağırılmamasının səbəbi haqda bunları deyib:  "Emreli bizə tam hazırlıqsız gəldi. O, koronavirusun ağır formasını keçirdi. Meydana çıxmamağənən səbəbi bu idi. "Hayduk"la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, onu əsas heyətdə oynatdım, lakin ilk sprintdə əzlə ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik".
 
Xorvat mütəxəssis Emrelinin zədəsinin onlardan gizlətmək istədiyini bildirib: "Mahirdən zədəli olduğunu niyə demədiyini soruşdum. O, komandaya gücləndirici kimi gəldiyini və  ondan çox şey gözlənildiyini dedi.  Derbi oyunu olduğu üçün stadion dolu idi və Emreli buna görə kömək etmək istədiyini söylədi".






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir