- Xəbər news
- 22:34 14.11.2024
“Türkiyənin Antalya şəhərində cüdo üzrə növbəti Qran-Pris yarışı keçiriləcək. Yarış reytinq xallarının yığımı və Azərbaycan cüdosu üçün çox önəmlidir”. Corner.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin və Cüdo Federasiyasının icra komitəsinin üzvü Raqif Abbasov bildirib.
Onun sözlərinə görə, bizim hər zaman olduğu kimi yığmamızdan gözləntilərimiz yüksəkdir: “Lakin onu da bildirmək istərdim ki, bu yarışda əsas iştirak məqsədi rəqiblərin öyrənilməsi, təhlili, yeni kombinasiyalar üzərində düşünməkdir. Komandamızın tərkib hissəsi 13 kişi və 4 qadın idmançımızdan ibarətdir. Təbii ki, hər bir iştirak etdiyimiz yarışda məqsəd məşqçi korpusu qarşısında bir addım irəliyə getməkdir. Əsas məqsədimiz bu yarışda qarşıdan gələn Avropa çempionatına hazırlıqdır. Həmçinin hər çəkidə ehtiyat qüvvələri yoxlanılır ki, yığmada hər çəkidə beynəlxalq yarışlarda iştirak təcrübəsi olan idmançılarımızın sayı çox olsun. Bir sözlə, bu bizim üçün bir sınaqdır. Hədəflərimiz addım-addım Olimpiya oyunlarına mübariz və hər çəkidə bir neçə güclü idmançısı olan yığmanın formalaşdırılmasıdır”.