- Xəbər news
- 22:34 14.11.2024
Amerika
Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Qarabağ Dirçəliş Fondunun
İdarə Heyətinin sədri Rəhman Hacıyevin iştirakı ilə Qarabağın bərpası və yenidənqurulmasına
həsr olunan işgüzar görüş təşkil edib.
Corner.az xəbər verir ki, tədbirdə AmCham-ın
100-dən çox üzvü və bir çox yerli və xarici şirkətlərin nümayəndələri iştirak
edib.
AmCham-ın
Prezidenti Nərgiz Nəsrullayeva çıxışı zamanı Qarabağ Dirçəliş Fondunun fəaliyyətini
təqdir etdiklərini, eyni zamanda Qarabağda ekoloji tarazlığın bərpası məqsədilə
Fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Zəfərdən
dirçəlişə” meşə massivinin salınması layihəsində (https://qdf.gov.az/layiheler/zeferden-dirchelishe/layihe-haqqinda/)
donor qismində iştirak etmək niyyətində olduqlarını vurğulayıb.
Görüşdə
Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri,
hazırkı fəaliyyət istiqamətləri, Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat
verən Rəhman Hacıyev yerli və xarici biznes nümayəndələri ilə belə görüş imkanları
yaratdığına görə Azərbaycanda Amerika Ticarət Palatasına təşəkkürünü bildirib.
Rəhman
Hacıyev Fondun fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edərkən bildirib
ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı
tarixi qələbədən sonra regionda yaranan yeni reallıq, eyni zamanda Qarabağda
dağıntıların miqyası işğaldan azad edilən ərazilərin bərpası istiqamətində
görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi olduqca zəruri
edir.
Fondun vəsaitlərinin
fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər
mənbələr hesabına formalaşdığını vurğulayan sədr ianəçilik mədəniyyətinin təbliği
və QDF-in bu istiqamətdə həyata keçirdiyi təşviqat tədbirləri barədə danışıb.
R.Hacıyev
Fondun həyata keçirdiyi bir çox layihələr barədə məlumatları da tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
İşğaldan
azad edilən ərazilərdəki tarixi abidələrin, eyni zamanda Qarabağda ekoloji
tarazlığın bərpasının Fond üçün ən prioritetli məsələlərdən olduğunu qeyd edən
Rəhman Hacıyev, QDF-in bu istiqamətdə Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, o cümlədən müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib.
Rəhman Hacıyev təqdimat zamanı tədbir iştirakçılarını ideya
müəllifi
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın
olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə ərsəyə gələn
“Karabakh.Center” internet-resursu (https://karabakh.center/az)
və
Ermənistan
silahlı qüvvələrinin 44 günlük vətən müharibəsi dövründə dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan azyaşlı qurbanların
xatirəsinə həsr olunan
“Karabakhmemorial.com” (https://karabakhmemorial.com/)
layihələri ilə tanış edib.
Tədbirdə
“Karabakh.Center” layihəsinin materialları əsasında
hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan
olunan tarixi abidələri əks
etdirən “Qarabağda
Urbisid” fotosərgisi və videoçarxı nümayiş
olunub.
Qeyd edək
ki, AmCham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil
olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin
üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.